İnterpress.az xəbər verir ki, Qərbi Afrika miqrantları Liviyada qurulan qul bazarlarında satılır. Xilas olan bir qrup miqrant BMT-yə baş verən hadisələri danışıb.
Liviya Avropaya miqrasiya etmək istəyən miqrantların ən çox keçdiyi ölkədir. Avtobusla Liviya sahilinə çatıb qayıqla Avropaya keçməyi planlaşdıran 34 yaşlı Seneqal qaçqını bildirir ki, avtobusla gedərkən bir anda marşrut dəyişib və sürücünün onları satışa çıxardığını anlayıb.
Miqrantları qul kimi alanlar onları işlədirlər. Seneqallı miqrant bir həbsxanaya yerləşdirildiyini, yemək qarşılığında çətin işləri gördüyünü eiraf edib.
İnterpress.az