“MTN əməkdaşları 192 min pulumu əlimdən aldılar”backend

“MTN əməkdaşları 192 min pulumu əlimdən aldılar”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sabunçu rayon Məhkəməsində keçirilən prosesdən sonra vəkil Azər Tağıyev bildirib ki, prosesdə zərərçəkmiş şəxs qismində Gündüz Əliyev ifadə verib.

O bildirib ki, mebel istehsalı ilə məşğul olur: \”Mənim Arif Kərimov adlı tanışım var. O, iş sifarişləri gətirirdi və buna görə ona faiz verirdim. 2014-cü ildə Arif Kərimov mənə sifariş gətirdi. Mən həmin sifariş üçün 191 min 850 manat aldım. Bu zaman əyləşdiyimiz kafeyə dörd nəfər daxil oldu. Onlar bildirdilər ki, MTN əməkdaşlarıdır və bizi \”Sultan\” kafesinə apardılar. Orada həmin pulu aldılar və bildirdilər ki, biz qanunsuz fəaliyyətlə məşğul oluruq\”.

Zərərçəkmiş şəxs məhkəmədə həmin pulun qaytarılmasını istəyib.

Proses aprelin 13-də davam edəcək.

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər.

Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılmaları müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.

İnterpress.az