İnterpress.az Rusiya KİV-nə istinadən xəbər verir ki, Tramp “Biz Suriyaya girməyəcəyik”, deyə suallara aydınlıq gətirib.
ABŞ prezidenti eyni zamanda Suriya ordusunun bazasına raket zərbəsinin endirilməsinin zəruri olduğunu vurğulayıb: “Bunu vaxtilə Barak Obamanın administrasiyası etməli idi”.
Tramp müsahibəsində suriyalı həmkarını təhqir edərək onu \”heyvan\” adlandırıb. Prezident onu da vurğulayıb ki, hazırda Suriyanın düşdüyü vəziyyətə görə Bəşər Əsəd günahkardır: “Rusiya bu heyvana kömək etməsəydi, heç bir problem olmazdı”.
İnterpress.az