İtaliyada bir nəfər rəf uçduqdan sonra pendir çarxlarının altında qalaraq ölüb.
Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir.
Berqamo şəhərindəki pendir fabrikində minlərlə pendirin olduğu rəf çöküb.
Səlahiyyətlilər qeyd edib ki, 70 yaşlarında olduğu bildirilən Giacomo Chiapparini çökən rəfdən düşən pendir çarxlarının altında ölüb.
İtaliyanın “Corriere Della Sera” qəzetinin yazdığına görə, Çiapparini bir texnikanı yoxlamaq üçün sahib olduğu fabrikə gedib.
Pendir çarxları olan rəflərin bəzilərinin dağılmasından sonra fabrikdən kənarda olan işçilər yanğınsöndürmə xidmətinə zəng edib.
Yanğınsöndürənlər bütün gecə axtarışlarından sonra Chiapparini-nin cəsədini idarə etdiyi güman edilən maşından 12 metr aralıda tapıblar.