Məşhur “Ustad və Marqarita” filminin rejissoru vəfat edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Yaltada “Ustad və Marqarita” filminin rejissoru Yuri Kara 70 yaşında vəfat edib.
Rejissor Bulqakovun romanı əsasında çəkilmiş “Ustad və Marqarita” filminin sayəsində geniş tanınıb. Film 20 ilə yaxın arxivdə qalıb və yalnız 2011-ci ildə işıq üzü görüb, həm bədii, həm də hüquqi səbəblərə görə çoxlu müzakirələrə səbəb olub.
Xuraman Etibarlı
İnterpress.az