İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İtalyanın Taormina Adasındakı başlayacaq G7 sammitində ABŞ prezidenti Donald Trump, Almaniya Baş naziri Angela Merkel, Kanada Baş naziri Justin Trudeau, Fransa prezidenti Emmanuel Macron, İtaliya Baş naziri Paolo Gentiloni, Yaponiya baş naziri Shinzo Abe, İngiltərə Baş naziri Theresa May qatılıb . Zirvədə Avropa Birliyini, Avropa Şurasının sədri Donald Tusk, Avropa Komissiyasının sədri Jean-Claude Juncker təmsil edir.
GÜNDƏM, TERROR VƏ TƏHLÜKƏSİZLİK
G7 liderləri, keçiriləcək ilk iki iclasda xarici siyasət , İngiltərənin Manchester şəhərində həftənin əvvəlində yaşanan terror hücumu kontekstində DEAŞ başda olmaq üzrə terrorla mübarizə və digər təhlükəsizlik mövzuları müzakirə edəcəklər.
Şimali Koreyanın son dövrdə artan ballistik raket sınaqları, Orta şərqdə yaşanan inkişaflar, sığınacaq axtaran şəxslər böhranı, Rusiyanın Suriya və Ukraynadakı fəaliyyətlərinin də zirvədə müzakirəsi gözlənilir.
Liderlər, ilk günün son iclasında, dünya iqtisadiyyatı və davamlı inkişaf mövzularını də qiymətləndirəcək.
Sammitin ilk günü, dünya tərəfindən məşhur \”La Scala\” Filarmoniya Orkestrası tərəfindən təşkil olunan antik teatrda konsertlə sona çatacaq.
Konsertin ardından ev sahibi İtaliya prezidenti Sergio Mattarellanın G7 liderlərinin şərəflərinə verəcəyi axşam yeməyinə qatılacaq.
BÖLGƏDƏ QUŞ BELƏ UÇMUR
Taorminada şəhər mərkəzi tamamilə bağlanıb. Şəhərdə hər küçə başında bir əsgər və bir polis növbə tutur.
Alınan sıx təhlükəsizlik tədbirləri səbəbindən jurnalistlər, eləcədə Taormina sakinləri və çalışanlar iki dəfə yoxlamadan keçirilərək şəhər mərkəzinə buraxılır.
İnterpress.az