İnterpress.az-ın məlumatına görə, qurultay dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Ardınca VİP sədri Əli Əliyev Azərbaycan xalqını 28 May Respublika Günü münasibəti ilə təbrik edib, ölkədəki ictimai-siyasi vəziyyətdən, son vaxtlar baş verən hadisələrdən, Rusiyanın Azərbaycana təzyiqlərindən danışıb.
Partiya sədri hakimiyyətin yürütdüyü iqtisadi-sosial siyasəti sərt tənqid edib, eyni zamanda MTN olaylarına görə iqtidarı qınayıb.
Qurultayda partiya üzvlərinin hazırladığı sənədli film də nümayiş etdirilib.
Qurultayda ölkənin tanınmış ziyalıları, ictimai-siyasi fəalları, partiya rəhbərləri, media nümayəndələri iştirak edir. Qurultay davam edir.
İnterpress.az