İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, İngiltərə Daxili Kəşfiyyat Xidməti (MI5), Manchesterdəki terror hücumundan sonra etdiyi geniş diametrli araşdırmalar nəticəsində, İngiltərədə 23 min terrorçunun yaşadığını açıqlayıb.
Xidmətdən ayrıca 3 minə yaxın şübhəlinin də ola biləcək terror hücumlarına qarşı, istintaqın davam etdiyini bildiriblər.
Xatırladaq ki, İngiltərədə 2017 -cı ilin mart ayında Xalid Məsud adlı təcavüzkarın yük maşınını parlament binası önündəki kütlənin üzərinə sürməsi nəticəsində 6 nəfər ölüb, 40 adam da yaralanmışdı.
ABŞ-nın məşhur pop ifaçısı Ariana Grandenin Manchester Arenada verdiyi konsert əsnasında bomba partladılması nəticəsində 22 adam həyatını itirərkən, 120 adam da yaralanmışdı.
İnterpress.az