İnterpress.az xəbər verir ki, terror qruplaşmasına qarşı aparılan hərbi əməliyyatlara rəhbərlik edən general Abdulemir Yarullahın yazılı məlumatına görə, ordu, terrorla mübarizə qüvvələri və yerli tayfalardan olan döyüşçülər Əl-Kaimə üç istiqamətdən girməyə başlayıblar.
Eyni zamanda, İraq-Suriya arasındakı eyni adlı sərhəd-keçid məntəqəsinin də geri alındığı bildirilir.
Xatırladaq ki, Ənbar vilayətinə daxil olan Əl-Kaimin terrorçulardan azad edilməsi əməliyyatlarına oktyabrın 28-də başlanılıb. (azərtac)
İnterpress.az