Hadisə cümə günü, günorta çağlarında, paytaxt Tripolidən təxminən 1 min kilometr cənuba doğru yerləşən Ubari şəhəri yaxınlığında baş verib.
İşçilərin kim olduğu və niyə qaçırıldığı məlum deyil, Türkiyənin TRT kanalı bildirir.
İnşaatda çalışan üç türklə yanaşı daha bir nəfər qaçırılıb.
Onun vətəndaşlığı müəyyən edilir, AFP agentliyinə danışan Liviya rəsmisi deyib.
Türklərin işlədiyi Enka inşaat şirkəti insidentin baş verdiyini təsdiqləyib.
Ubari bələdiyyəsinin üzvü bildirib ki, Milli Birlik Hökuməti oğurlanan şəxslərin azad olunması üçün tədbirlər həyata keçirir.
2011-ci ildə Liviya lideri Müəmmar Gəddafinin devrilməsi ardınca yaranmış hakimiyyət boşluğu şəraitində ölkə zorakılıq dalğasına qərq olub.
Yalnız oktyabr ayında müxtəlif toqquşmalarda 23 dinc sakin həyatını itirib, BMT hesabatında göstərilir. (bbc)
İnterpress.az