İnterpress.az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında tibb elmləri doktoru, professor Paşa Qəlbinur deyib. Onun sözlərinə görə, aktyorun görmə qabiliyyəti tamamilə bərpa olunub:
“Sağ gözündə problem var idi. Buna görə əməliyyat etdik. Əməliyyatı oğlumla birlikdə apardıq. Hazırda aktyorun səhhəti çox yaxşıdır. Səhər-səhər yenidən müayinə olundu. Fuad Poladovun görmə qabiliyyəti 27 yaşında olduğu kimidir”.
Qeyd edək ki, Xalq artisti Fuad Poladov iki gün öncə gözündən əməliyyat olunub.
İnterpress.az