İnterpress.az-ın məlumatına görə, bu barədə CBS telekanalı polisdəki mənbələrə istinadən xəbər verib.
Məlumata əsasən, baptist kilsəsinə daxil olaraq atəş açan 26 yaşlı Texas ştatı sakini Devin Patrik Kelli olub. Onun 2010-2014-cü illərdə ABŞ Silahlı Qüvvələrində hərbi xidmətdə olduğu, 2014-cü ilin mayında hərbi tribunalın qərarı ilə ordudan xaric edildiyi bildirilir.
Hazırda cinayətin motivləri müəyyənləşdirilir. Hüquq-mühafizə orqanları hadisəni terror aktı kimi qiymətləndirmir. Son məlumatlara görə, ABŞ-ın Sazerlend-Sprinqs şəhərində açılan atəş nəticəsində 26 nəfər ölüb.
İnterpress.az