Bakıda erməni təxribatı ilə qarşılaşdılar – VİDEObackend

Bakıda erməni təxribatı ilə qarşılaşdılar – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda yaşayan Nəzərovlar ailəsinin başına gəlib. Belə ki, televizorda ölkələrin bayraqları ilə bağlı \”quiz flags\” oyununu oynayan zaman 8-ci sinif şagirdi Elvin Nəzərov qondarma separatçı rejimin bayrağı hansıdır sualı ilə qarşılaşıb.

Elvinin valideyni də bildirir ki, televizordakı oyunda belə bir məqamın olması onların ağıllarına belə gəlməyib. Ancaq bunu müşahidə edəndən sonra valideyn bir neçə yerə müraciət də edib.

Məsələ ilə bağlı televizorları istehsal edən şirkətin Azərbaycan nümayəndəliyi ilə əlaqə saxladıq. Onlar bildirdilər ki, həmin yeni nəsil televizorlar android əməliyyət sistemini dəstəkləyir və adı çəkilən oyun da play-stordan yüklənib. Play-stordakı proqramlara görə isə televizoru istehsal edən şirkət heç bir məsuliyyət daşımır. Çünki, televizor nə yükləsən onu da özündə saxlayacaq. Yəni bu televizorun istehsalçı proqram təminatında nəzərdə tutulmayan bir məsələdir.

İnterpress.az