Qurudulmuş xurma – “korogaki”backend

Qurudulmuş xurma – “korogaki”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az məlumat verir ki, “Şərq xurması”, “cənnət meyvəsi”, bəzən də “xirnik” adı ilə tanınan xurma portağal rənginə oxşayan və payızda yetişən meyvədir. Qədim zamanlardan Çinin şimal-qərbində becərilmiş xurmanın bu ölkədə və Yaponiyada xüsusi yeri vardır, çünki onlar xurmanı qurudaraq Yeni il bayramı süfrəsinin əsas neməti kimi təqdim edirlər. Yaponiya üsulu hazırlanan xurmalar “korogaki” adlanır və qurudulduqdan sonra pudra şəkərinə batırılmış kimi görünür. Lakin meyvənin üzərindəki pudrayabənzər təbəqə quruyan zaman meyvənin üzərinə çıxan şirəsidir. Amerikada isə piroq, tort, keks kimi şirniyyatlarda quru meyvəni toz halına gətirib dadlandırıcı kimi istifadə olunur.
Qurudulmuş xurma tənəffüs yolları şikayətlərində, toz halına gətirildikdə isə quru öskürəyin müalicəsində istifadə olunur. Həmçinin qanda dəmir çatışmazlığı, həzm sistemi problemləri, hemoroidin müalicəsi zamanı da çox faydalıdır.
İndi isə sizi “Korogaki”nin hazırlanma qaydası ilə tanış edirik: Ağacdan yığılan yetişmiş xurmalar soyulur, iplərə keçirilir. Sonra meyvəni mətbəxdə qaynamaqda olan suya salıb ona qədər saymaq lazımdır. Sudan çıxardıqda isə eyvanda hazırladığımız iplərə silsilə kimi keçirilib asılır.

İnterpress.az