İnterpress.az xəbər verir ki, bunu “Ria Novosti”-yə yerli sakinlər deyib. Onların sözlərinə görə, Amerikanın hərbi helikopterləri öncə Ər-Rahba rayonunda manevrlər edib, daha sonra isə ərazi bombalanıb.
“Biz gizləndikdən sonra Amerikaya məxsus bir neçə helikopter yerdə onları gözləyən İŞİD komandirlərini götürüb getdi”- yerli sakin Məhəmməd Əvəd əl-Hüseyn deyib.
Keçmiş hərbçi olduğunu deyən kişi Amerika təyyarlərini yaxşı tanıdığını bildirib.
İnterpress.az