Vidadi Zeynalovun məhkəməsi davam edib – YENİLƏNİBbackend

Vidadi Zeynalovun məhkəməsi davam edib – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı Apellyasiya Məhkəməsində \”Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında məhkəmə başa çatıb.

Hakim Qədim Babayevin sədrlik etdiyi iclasda qərar elan edilib.

Qərara əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov cəzası 4 ilə, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynovun cəzası 7 il 6 aya endirilib.

“Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov barəsində isə 2 il sınaq müddəti ilə şərti cəza seçilib, o, məhkəmə zalından azadlığa buraxılıb.

Emin Məmmədov və Anar Mustafayev barəsində də 2 il müddətinə şərti cəza seçilib və onlar iclas zalından azadlığa buraxılıblar.

Qəmbər Bəybalayev barəsində də şərti cəza seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb. ( apa )

***

İnterpress.az APA-ya istinadən xəbər verir ki, hakim Qədim Babayevin sədrlik etdiyi iclasda dövlət ittihamçısının çıxış edəcəyi gözlənilir.

Təqsirləndirilən şəxslər apellyasiya şikayətlərində barələrində bəraət hökmü çıxarılmasını istəyiblər.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və ailə üzvləri apellyasiya şikayətində mülkləri və əmlakları üzərindən həbsin götürülməsini xahiş ediblər.

Təqsirləndirilən şəxslərdən Qəmbər Bəybalayev apellyasiya şikayəti verməyib.

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov 13 il, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin baş direktoru Beytulla Hüseynov 13 il, “Ortik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhlab Hümbətov, Cəlil Cəfərov, Bayram Vəliyev barəsində 2 il sınaq müddəti təyin etməklə şərti cəza seçib, onlar məhkəmə zalından azadlığa buraxılıblar.

Təqsirləndirilən şəxslərin hamısından 119 milyon 468 min pulun müştərək qaydada alınaraq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansına keçirilməsi haqqında qərar qəbul edilib.

Bakı Apellyasiya Məhkəməsində \”Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti əsasında keçirilən posesdə prokuror çıxış edib. O bildirib ki, təqsirləndirilən şəxslərin iştirakı ilə nazirliyə 153 milyon manat ziyan vurulub.

Prokuror təqsirləndirilən şəxslərin apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılmasını istəyib.

Hakimlər Kollegiyası qərarı elan etmək üçün müşavirəyə gedib.

İnterpress.az