Vidadi Zeynalovun əmlaklarının üzərinə qoyulmuş həbs götürüldübackend

Vidadi Zeynalovun əmlaklarının üzərinə qoyulmuş həbs götürüldü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, bu barədə \”Report\”a vəkil Gülşən Salmanova məlumat verib.

Vəkil qeyd edib ki, Bakı Apellyasiya Məhkəməsinin qərarında təqsirləndirilən şəxslərin 2009-cu ilə qədər əldə olunan əmlakların üzərindən həbs götürülüb və müsadirə dayandırılıb: \”2009-cu ildən sonrakı illərdə əldə olunan əmlakların üzərinə qoyulmuş həbs isə götürülməyib\”.

Xatırladaq ki, Bakı Apellyasiya Məhkəməsində, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası isə 7 il 6 aya endirilib. Digərləri – Namazalı Məmmədov, Anar Mustafayev, Emin Məmmədov və Qəmbər Bəybalayev barəsində şərti cəza verilərək məhkəmədən azadlığa buraxılıblar.

Qeyd edək ki, V.Zeynalov və digərləri 2015-ci ildə həbs edilib.

İnterpress.az