3 yaşına qədər uşaqları olan ailələrə verilən müavinətlər artırılsınbackend

3 yaşına qədər uşaqları olan ailələrə verilən müavinətlər artırılsın

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az modern.az-a istinadən xəbər verir ki, bunu 2018-ci il üzrə Azərbaycanın dövlət büdcəsinin layihəsinin müzakirəsi zamanı Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

Komitə sədri bildirib ki, prezidentin müvafiq sərəncamı ilə Azərbaycanda sosial evlər inşa olunur.

“Güzəştli sosial evlərin ipoteka müəllimlər və həkimlər üçün verilməsini də təklif edərdim. Bu onların işlərinə stimul yarada bilər. Məişət zorakılığının qarşısının alınması ilə məşğul olan qurumların fəaliyyətinin gücləndirilməsinə böyük ehtiyac var.

Məhkəmələrdə, hüquq mühafizə orqanlarında psixoloq, sosial işçi statlarının yaradılmasına böyük ehtiyac var”.

İnterpress.az