Yaşıl “kirpi” içindəki möcüzə – Şabalıdbackend

Yaşıl “kirpi” içindəki möcüzə – Şabalıd

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, şabalıdın tərkibindəki omeqa-3 və omeqa-6 yağları yaddaşı möhkəmləndirməklə yanaşı, alzeimer (yaddaş pozulması) xəstəliyinin qarşısını almağa da kömək edir. Tərkibindəki fosfor, maqnezium, kalsium, dəmir, natrium, kalium, B1, B2 və C vitaminləri fiziki və zehni yorğunluqları aradan qaldırır. Kalium baxımından olduqca zəngin olduğuna görə şabalıd, kalium çatışmazlığı olanlar üçün daha çox məsləhət görülür.

Yaşıl "kirpi" içindəki möcüzə - Şabalıd

Bu mineral maddə natrium ilə birlikdə su balansının tənzimlənməsində, qidaların mənimsənilməsində, əzələlərin qorunmasında mühim rol oynayır, ürək və əzələ sistemini xəbərdar edib orqanizmin su tarazlığını nizamlayaraq qan dövranını sürətləndirir. Bu da orqanizmdə tromb problemi olanlar üçün ən gözəl çıxış yoludur. Gün ərzində 1 ovuc şabalıd yemək yetərli sayılır. Həmçinin, ayaqda kapilliyar partlamasının, varikoz genişlənmənin ən gözəl əlacı sayılır. Şabalıd lifli qida olduğundan bağırsaq hərəkətlərini tənzimləməyə də kömək edir, qəbizliyə qarşı effektiv qoruyucudur.

Yaşıl "kirpi" içindəki möcüzə - Şabalıd

İnterpress.az