İnterpress.az APA-ya istinadən xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin sədri Zaur Hüseynov paytaxt metrosunun 50 illik yubileyinə həsr olunmuş tədbirdə bildirib.
Onun sözlərinə görə, ümumiyyətlə, Bakının inkişafı və əhali artımının templəri nəzərə alınaraq, gələcəkdə yeni xətlərdə 7 vaqonlu qatarların hərəkəti nəzərdə tutulub. “Vaqonlar kondisioner, mikroiqlim nəzarət sistemləri, ən yüksək təhlükəsizlik və idarəetmə sistemləri ilə təchiz olunacaq”, – deyə sədr qeyd edib.
İnterpress.az