İnterpress.az xəbər verir ki, 2016-cı ildə U.Rossun kapitalı 2,9 milyard dollar məbləğində qiymətləndirilib. Ancaq o, ABŞ Prezidenti Donald Trampın administrasiyasında iş aldıqdan sonra onun aktivlərinin dəyərinin 700 milyon dollardan az olduğu məlum olub.
Öz növbəsində, nazir 2 milyard dollardan çox kapitalının ailə trastlarında olduğunu bəyan edib. Ross məlumatların məxfiliyinə istinad edərək trastlar barədə məlumat verməyib.
\”Bir aylıq ciddi araşdırmadan sonra \”Forbes\” cavab tapdığına əmindir: bu pullar heç vaxt mövcud olmayıb. Məlum olur ki, Ross bizə yalan deyib\”, – jurnaldan bildiriblər. (report)
İnterpress.az