İnterpress.az FHN-ə istinadən xəbər verir ki, Mingəçevir şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və 1958-ci il təvəllüdlü Mahmud Məhəmməd oğlu Qasımovun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.
İnterpress.az