Yəməndə dünyanın ən böyük aclıq fəlakəti!backend

Yəməndə dünyanın ən böyük aclıq fəlakəti!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Humanitar Yardım İşlərindən məsul şəxs BMT baş katibi köməkçisi Mark Lowcock Səudiyyə Ərəbistanın liderlik etdiyi koalisiyanı Yəmənə qarşı yönəlmiş blokadanın aradan qaldırılmasına çağırıb.
Qeyd edək ki, koalisiya Husi üsyançılarının Səudiyyə Ərəbistanın paytaxtı Riyada raket atmasından sonra bütün hava, quru, və dəniz yolları Yəmənin üzünə bağlanmışdı.
Səudiyyə Ərəbistan, İranın üsyançılara silah göndərməsini dayandırmaq üçün blokadanın vacib olduğunu müdafiə edir. İran isə koalisiya ilə 2015-ci ildən bəri vuruşan üsyançıları silahla təmin etdiyi iddialarını boynuna almır.
BMT Yəməndə 7 milyon insanın aclıqdan əziyyət çəkdiyini bildirir.

İnterpress.az