İnterpress.az Report-a istinadən xəbər verir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən MMC müqavilə üzrə yaranmış borcun ödənilməsi barədə tələb irəli sürüb.
İddia olunan borcun məbləği açıqlanmır.
Məhkəmə işin aidiyyəti üzrə göndərilməsi barədə ərizənin təmin olunmaması ilə bağlı qərardad çıxarıb.
Cavabdeh tərəf isə həmin qərardaddan apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi də qərardadı dəyişdirmədən saxlayıb.
İnterpress.az