İnterpress.az xəbər verir ki, \”Report\”un Qarabağ bürosunun məlumatına görə, bununla bağlı Dövlət Xidmətinin rəisi Arzu Rəhimov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, xidmətin Bərdə rayon şöbəsinin rəisi polkovnik-leytenant Mətləb Murquzov tutduğu vəzifədən azad edilərək Zaqatala rayon şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Zaqatala rayon şöbəsinin rəisi polkovnik-leytenant Ramil İsmayılov tutduğu vəzifədən azad edilərək, Bərdə rayon şöbəsinin rəisi vəzifəsinə təyin edilib.
İnterpress.az