Bu barədə “SPA”agentliyi məlumat verib. Verilən məlumata görə, Səudiyyə Ərəbistanı vətəndaşlarının Livan üçün təhlükəli yer olduğu barədə bəyanat yayıb.
“Hazırda Livan Səudiyyə Ərəbistanı vətəndaşları üçün çox təhlükəlidir. Oranı dərhal tərk edin”, – deyə məlumatda bildirilib.
Ərəb hökuməti həmçinin vətəndaşlarına Livana getməməyi tövsiyə edib.
Qeyd edək ki, bir müddət əvvəl Səudiyyə Ərəbistanı Krallığının körfəz məsələləri üzrə dövlət naziri Tamer Al-Sabhan “Al Arabiya” telekanalına verdiyi açıqlamada Livan barədə ağır ittihamlar səsləndirib. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı həmişə bu ölkəni qəsbkar və müharibə elan edən bir dövlət olaraq tanıyacaq.
“Nə qədər ki, Livanda “Hizbullah” kimi terror təşkilatı var, biz bu ölkəni müharibə elan edən ölkə kimi tanıyırıq. Bu təşkilatın döyüşçüləri həmişə Səudiyyə Ərəbistanı üçün bir təhlükə olaraq qalacaq”, – deyə Tamer Al-Sabhan bildirib.
Onun fikrincə, “Hizbullah” üzvləri Səudiyyə Ərəbistanında terror aktları törətməyə və təhlükə yaratmağa hazırdırlar.
Xatırladaq ki, “Hizbullah” (ərəbcə – Allahın ordusu) Livanda üzvləri həm mülki şəxslərdən, həm də silahlı qanadı olan şiə inanclı insanların partiyasıdır. ( olke.az )
İnterpress.az