İnterpress.az Axşam.az-a istinadən xəbər verir ki, Azərbaycan əsilli iş adamı Telman İsmayılova məxsus olan otel 1,4 milyard dollara inşa edilmişdi.
T.İsmayılovun müflis olmasından sonra mehmanxananın fəaliyyətində çətinliklər yaranıb. Bir müddət əvvəl işıqları kəsilən otelin ötən həftə suyu da kəsilmişdi.
“Mardan palace”ın bu günlərdə qızıldan düzəldilər divarlarının oğrular tərəfindən sökülüb aparıldığı ortaya çıxıb. 2 metr uzunluğu olan 7 dəmir divarı aparan oğrular axtarışa verilib.
İnterpress.az