Kreml Putin-Tramp görüşünün baş tutmayacağı barədə Ağ Evin bəyanatını şərh edibbackend

Kreml Putin-Tramp görüşünün baş tutmayacağı barədə Ağ Evin bəyanatını şərh edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Apa-ya istinadən xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov bildirib. \”Amerikalı həmkarlarımızdan ziddiyyətli informasiyalar daxil olur\”, – deyə o, Ağ Evin Vyetnamda Putin-Tramp rəsmi görüşünün mümkün olmaması ilə bağlı bəyanatını şərh edərkən söyləyib.

D. Peskov istənilən halda sammit kuluarlarında bu görüşün baş tutacağını vurğulayıb: \”Liderlərin danışıqları vacibdir, lakin bu, əsas deyil\”.

Qeyd edək ki, bu gün Ağ Evin sözçüsü Sara Sanders Rusiya və ABŞ prezidentləri arasında görüşün Trampın iş qrafikinin gərgin olması səbəbindən mümkün olmayacağını bəyan edib.

İnterpress.az