15 yaşlı qız intihar etdi – YENİLƏNİBbackend

15 yaşlı qız intihar etdi – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lent.az Günay Qədirova (ad şərtidir) intiharı ilə bağlı bəzi təfərrüatları yazıb.

Yazıda bildirilir ki, qızın valideynləri ayrı yaşayırmış və təxminən 2 ay əvvəl onun atası vəfat edib. Bu ilin yayında isə o, orta təhsilini yarımçıq saxlayaraq, 9-cu sinifdən məktəbdən çıxıb. Belə ki, qiymətləri elə də yaxşı olmayan G.Qədirovanın anası ərizə ilə müraciət edərək, övladının təhsilini davam etdirməsini istəmədiyini bildirib.

Məlum intihar hadisəsinə gəlincə, bildirilir ki, 15 yaşlı qız anası ilə birgə yaşayırmış. Bugünlərdə onlar arasında hələlik tam dəqiqləşməmiş səbəbdən münaqişə yaranıb. Anası ilə dalaşan qız evdən qaçıb. Bir qədər sonra isə onun bağda özünü asdığı məlum olub. Yeniyetmə qızını axtaran anası onun asılı vəziyyətdə qalmış meyitini tapıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

İnterpress.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Kəlbəhüseynli kəndində qeydə alınıb.

Belə ki, həmin kəndin sakini 2002-ci il təvəllüdlü G.Q. özünü həyətdəki ağacdan asaraq intihar edib.

İntiharın dəqiq səbəbi hələ ki, məlum deyil.

Faktla bağlı istintaq aparılır.

İnterpress.az