Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən İnterpress.az-a verilən məlumata görə, lakin səhər yarımadanın bəzi yerlərində çiskin olacaq, mülayim şimal küləyi əsəcək.
Havanın temperaturunun gecə 10-13° isti, gündüz 15-18° isti, Bakıda gecə 11-13° isti, gündüz 15-17° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, lakin günün birinci yarısında bəzi yerlərdə duman, çiskin olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 7-11° isti, gündüz 15-19° isti, dağlarda 0-5° isti, gündüz 6-11° isti olacağı gözlənilir.
İnterpress.az