51 yaşlı qadını qatar vurdu – ÖLDÜ – YENİLƏNİBbackend

51 yaşlı qadını qatar vurdu – ÖLDÜ – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gəncədə qatarın vurduğu qadın ölüb.

İnterpress.az APA-ya istinadən xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, koma vəziyyətinə düşən 1966-cı il təvəllüdlü Əkbərova Mirvari Oruc qızını xilas etmək mümkün olmayıb.

***

İnterpress.az-ın APA-ya istinadən məlumatına görə, hadisə şəhərin \”Poçt qəsəbəsi” adlanan ərazisində baş verib. Qatar dəmir yolu xəttini keçmək istəyən 1966-cı il təvəllüdlü şəhər sakini Əkbərova Mirvari Oruc qızını vurub. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilən qadının koma vəziyyətində olduğu bildirilir.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

İnterpress.az