İnterpess.az xəbər verir ki, ağaclara qarşı \”yaşıl terror\” Qara Qarayev prospekti, \”Ramal\” Ticarət Mərkəzi ilə üz-üzə yerləşən ərazidə qeydə alınıb.
Tanınmış jurnalist Azər Qismətin yaydığı həmin fotolarda ərazinin hasarlandığı da görünür.
Məsələ ilə bağlı əraziyə yaxın obyekt sahiblərindən bilgi almağa çalışdıq. Onlar qeyd etdilər ki, ərazidə yeni ticarət mərkəzinin tikilməsi üçün \”təmizlik işləri\” aparılır.
Nizami rayon icra hakimiyyətindən isə münasibət öyrənmək mümkün olmadı.
Ağacların kəsimi ilə bağlı eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə sorğu ünvanlamışıq.
Mövzunu diqqətdə saxlayacağıq.
İnterpess.az