“Yaşam Tibb Mərkəzi”də özbaşnalıqbackend

“Yaşam Tibb Mərkəzi”də özbaşnalıq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əksəriyyəti reklam hesabına müştəri toplasalar da, sonradan pasientlər onlardan üz döndərməli olurlar. Elə bu səbəbdəndir ki, hazırda insanların çox nicat axtraşı üçün İrana üz tumalı olublar.
Məlumata görə, Bakıda fəaliyyət göstərən “Yaşam” adlı tibb klinikası da elə yuxarıda sadalananvə reklam hesabına ayaqda duran klinikalardan biridir. Qeyd edək ki, bu tibb mərkəzi əsasən hamilə qadınlar və sonsuzluq problemlərinin aradan qaldırılması sahəsi üzrə ixtisaslaşıb. Ölkənin “ən məşhur” həkimlərini bir araya gətirmiş klinika bunun müaqbilində xəstələrin və ya onlardan ümid gözləyən şəxslərin etibarından sui-istifadə edərək, ciblərinə girir.
Məlumata görə, “Yaşam”a hər gün onlarla ailə müraciət edir. Ümid edirlər ki, reklamda olduğu kimi, klinika onların valideyn olmalarına vəsilə olacaq. Amma “Yaşam”ın başında dayananlar onların ümidlərini bir kənara qoyub, daha çox pulu necə qazanmaq barədə düşünür. Elə bu səbəbdəndir ki, klinikada qiymətlər hər gün dəyişir. Özəl olduğundan kimsə bir söz də deyə bilmir. Nəticədə, ötən həftə 25 manata olan USM müayinəsi, bir həftə sonar artaraq 35 manata qalxıb.
Verilən məlumatlarda o da deyilir ki, “Yaşam”da həmçinin analizlərdən də şikayətçi olanlar çoxdur. Çünki analizlərin keyfiyyətsizliyi bir tərəfə, qiyməti də həddindən artıq bahaya gəlib çıxır. Yanlış və qeyri-müəyyən analizlərin nə kimi fəsad doğuracağı isə sir deyil.
Daxil olan yeni məlumatlara görə, “Yaşam” Tibb Mərkəzində vergidən yayınma hallarına da yol verilir. Bu istiqamətdə də araşdırmalarımızı davam etdiririk.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. (jam.az)

İnterpress.az