İnterpress.az xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, dəyişikliklərə əsasən, bir neçə nazirliyin birləşdirilməsi nəzərdə tutulub.
Yenilənmiş hökumətdə 2 yeni nazirin yer alacağı da gözlənilir. Yayılan məlumatlara əsasən, Gürcüstanın Energetika Nazirliyiləğv olunaraq İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinə birləşdiriləcək və yeni daxili işlər naziri təyin olunacaq. Mövcud 18 nazirlikdən 13-nün qalacağı gözlənilir.
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili sabah hökumətdə dəyişikliklərlə bağlı bəyanatla çıxış edəcək.
İnterpress.az