8 yaşlı sürücü yarışda həlak oldubackend

8 yaşlı sürücü yarışda həlak oldu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AzNews.az-a istinadən xəbər verir ki, Kuinana şəhərində Perth Motorplex avtodromunda keçirilən test yürüşləri zamanı Anita draqsterində (Dreq-reysinqyarışında istifadə olunan maşın) baryerə çırpılıb.

Qızcığaz insidentdən dərhal sonra təcili yardımla xəstəxanaya çatdırılıb. Buna baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Avstraliyanın dreq-reysinq üzrə milli asosiasiyası (ANDRA) baş vermiş hadisəyə görə Anitanın yaxınlarına başsağlığı verib.

Qeyd edək ki, yarışa 8 yaşı tamam olmuş uşaqların iştirakına icazə verilir. Yarışdan cəmi 3 gün əvvəl Anita doğum gününü qeyd edirdi.

İnterpress.az