Səudiyyə Ərəbistanı Ərəb Dövlətləri Liqasının fövqəladə iclasını çağırıbbackend

Səudiyyə Ərəbistanı Ərəb Dövlətləri Liqasının fövqəladə iclasını çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xəbər verir ki, APA-nın məlumatına görə, bu barədə “Sky News Arabia” telekanalı xəbər verib.

Bildirilir ki, Səudiyyə Ərəbistanı iclası İranın region ölkələrinin işlərinə müdaxiləsi etməsinə görə çağırıb. Toplantının noyabrın 19-da baş tutacağı gözlənilir.

Noyabrın 5-də Səudiyyə Ərəbistanının havadan müdafiə sistemləri Ər-Riyadın şimal-şərq hissəsində ballistik raketi vurublar. Raket hücumu vaxtında dəf edilib, əhali arasında itki qeydə alınmayıb. Raket Yəməndəki üsyançı husilər tərəfindən atılıb.

Noyabrın 10-da ABŞ-ın Yaxın Şərqdə hava əməliyyatlarının komandanı, general-leytenant Ceffri Harriqan bəyan edib ki, Yəmən ərazisindən Səudiyyə Ərəbistanının paytaxtı istiqamətində buraxılan ballistik raket İrana məxsus olub.

İnterpress.az