İnterpress.az IRNA agentliyinə istinadən xəbər verir ki, deputatlar dünən gecə saatlarında baş vermiş zəlzələnin törətdiyi dağıntıları, zərər çəkmiş vətəndaşlara yardım məsələlərini müzakirə edəcəklər.
Parlamentin iclası qapalı keçiriləcək.
Xatırladaq ki, dünən gecə İranın qərbində baş verən 7,6 bal gücündəki zəlzələ nəticəsində 200-dən çox insan ölüb, 2 mindən çox insan müxtəlif bədən xəsarəti alıb. Yaralananlar arasında ağır vəziyyətdə olanlar da var.
İnterpress.az