Polşa Almaniyadan II Dünya Müharibəsindəki itkilərinə görə təzminat istəyirbackend

Polşa Almaniyadan II Dünya Müharibəsindəki itkilərinə görə təzminat istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az BBC-yə istinadən məlumat verir ki, Hitler rejiminin müharibə zamanı Polşaya hücum etməsi , sonra da Sovet İttifaqının müdaxilə etməsi nəticəsində Polşanın milli müstəqilliyi sona çatmışdı.
Ölkənin bütün sənayesi yerlə bir olmuş, Polşa xalqı döyüşlərdə və toplama düşərgələrində 6 milyon vətəndaşını itirmişdi. Polşa lideri Kaczynski bütün itkilərin məsuliyyətini Almaniyanın üzərinə götürməsini istəyir, lakin Almaniya bu iddiaları və tələbləri rədd edir. Təzminat məsələsi Polşa Parlamentində müzakirə olunub, Polşalı mütəxəssislərin apardıqları hesablamalara görə, Almaniyanın Polşaya müharibə təzminatı olaraq 48.5 milyard dollar ödəməli olduğu açıqlanıb. Almaniya isə II Dünya Müharibəsinə görə maddi təzminat məsələsnin artıq gündəmdə olmadığını və bu məsələlərin beynəlxalq müqavilələrlə çoxdan həll edildiyini açıqlayıb.

İnterpress.az