Qurumdan İnterpress.az-a daxil olan açıqlamada bildirilir ki, zəlzələnin Azərbaycandakı zəlzələ ocaqları ilə heç bir əlaqəsi yoxdur: \”12 noyabr 2017-ci il tarixində yerli vaxtla saat 22:18:16-da İran-İraq ərazisində maqnitudası Mw=7.2 zəlzələ qeydə alınıb. Zəlzələ Azərbaycanın İranla həmsərhəd olan Naxçıvan Muxtar Respublikası ərazisində və cənub rayonlarında zəif hiss olunub. Qonşu ölkədə baş verən zəlzələdən sonra Azərbaycan KİV-i tərəfindən AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə zəlzələ olub-olmayacağına dair çoxsaylı suallar daxil olub. AMEA nəzdində RSXM olaraq bildirmək istəyirik ki, İran-İraq sərhəddində baş verən zəlzələnin Azərbaycandakı zəlzələ ocaqları ilə heç bir əlaqəsi yoxdur. Azərbaycan ərazisində güclü zəlzələ gözlənilmir və bu barədə yayılan informasiyaların heç bir əsası yoxdur.
Jurnalistlərdən vətəndaşlarımızın məsələyə həssas yanaşdıqlarını, insanların bu kimi xəbərləri narahatlıq və qorxu ilə qarşıladıqlarını nəzərə alaraq, bu barədə informasiya yayarkən diqqətli olmalarını, mövzuya aid suallarını zəlzələlərin tədqiqatı ilə məşğul olan və bu sahəyə məsul AMEA nəzdində RSXM-ə ünvanlamağı xahiş edirik\”.
İnterpress.az