Milanın \”San-Siro\” stadionunda İsveçlə heç-heçə edən İtaliyanın futbol üzrə yığması son 60 ildə ilk dəfə dünya çempionatından kənarda qalıb.
İsveç öz meydanında İtaliyanı 1:0 udduğu üçün bu dəfəki hesab da isveçlilərin xeyrinə olub.
1958-ci ildən bəri ilk dəfə italyanlar dəhşətli dərəcədə məyus olub.
Oyundan sonra yığmanın qapıçısı Canluici Buffon, yarımmüdafiəçi De Rossi və müdafiəçi Corco Kellini yığmadan getdiklərini bəyan ediblər.
İnterpress.az