İnterpress.az xarici mətbuata istinadən məlumat verir ki, İran prezidenti zəlzələdən ən çox ziyana məruz qalmış Kirmanşah vilayətində yardım proseslərini yaxından izləyib. Ruhani burada çıxış edərkən Əhmədinejat dövründə aparılan tikinti işlərinin keyfiyyətsizliyini sərt tənqid edib. Az gəlirli ailələrə yardım məqsədilə inşa olunmuş binaların xalq tərəfindən inşa edilən mənzillərdən daha çox dağıntılara məruz qalması prezidenti olduqca əsəbiləşdirib.
İnterpress.az