Marneuli icra başçısı: “Rayondakı azərbaycandilli məktəblərin 50-60 faizinin təmirə ehtiyacı var”backend

Marneuli icra başçısı: “Rayondakı azərbaycandilli məktəblərin 50-60 faizinin təmirə ehtiyacı var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən məlumat verir ki,bu barədə Marneuli rayonunun icra başçısı Temur Abazov deyib.

O bildirib ki, yerli seçkilərdən öncə məktəblərin vəziyyəti ilə tanış olub. “Məktəblərin vəziyyəti yaxşı deyil. Onların təxminən 50-60 faizinin təmirə ehtiyacı var. Məktəblərlə bağlı problemlər icra hakimiyyətinin səlahiyyətlərinə daxil deyil. Bu problemləri Təhsil və Elm Nazirliyi ilə birgə aradan qaldırmağa çalışacağıq”, – deyə icra başçısı qeyd edib.

T. Abazov ilk növbədə suvarma, daxili yollar, içməli su kimi problemlərin həlli ilə məşğul olacağını əlavə edib.

İnterpress.az