İnterpress.az APA-ya istinadən məlumat verir ki, hadisə rayonun Kür qəsəbəsinin Qasım İsmayılov kəndində qeydə alınıb.
Belə ki, 1991-ci il təvəllüdlü Əmiraslanov Bilal Tapdıq oğlu kəllə-beyin travması və kəllə sümüklərinin sınığı xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
İlkin məlumata əsasən, B.Əmiraslanov mübahisə zəminində qonşusu tərəfindən baş nahiyəsindən balta zərbəsi alıb.
Faktla bağlı araşdırma aparılır.
İnterpress.az