Ekologiya və Təbii Sərvətlər Nazirliyindən İnterpress..az-a verilən məlumata görə, Almaniyanın Bonn şəhərində BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı dünyanın 196 ölkəsindən 20 minə yaxın nümayəndənin iştirakı ilə 13 noyabr 2017-ci il tarixində öz işinə başlayıb.
Prezidenti İlham Əliyevin tapırığına əsasən konfransda Azərbaycanı Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırovun başçılq etdiyi nümayəndə heyəti təmsil edir.
Konfransın açılış mərasimində BMT-nin Baş katibi cənab Antonio Quterreş, Ficinin Baş naziri cənab Frank Bainimarama və digər yüksək səviyyəli nümayəndələr iştirak edib.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının 23-cü Tərəflər Konfransı 17 noyabr 2017-ci il tarixinədək davam edəcək.
İnterpress..az