İnterpress.az Ölkə.Az-a istinadən xəbər verir ki, açıqlamaya əsasən, əgər Türkiyə Rusiyadan \”S-400\” raket hücumundan müdafiə sistemini alsa, NATO texnologiyalarıəldə etmə imkanı məhdudlaşdırılacaq.
Qrant Türkiyəyə \”S-400\” sistemləri mövzusunda xəbərdarlıq edib: \”Əgər Türkiyə \”S-400\” alsa, NATO texnologiyaları əldəetmə imkanı məhdudlaşdırılacaq. Növbəti mərhələdə isə Türkiyənin \”F-35\” tipli 5-ci nəsil bombardman təyyarələri əldə etmə və istifadə imkanlarına qarşı tədbirlər görülə bilər\”.
\”S-400\” müqaviləsinin Türkiyə ilə NATO arasındakı hərbi əməkdaşlığa ciddi təsir edəcəyini qeyd edən Haydi NATO strategiyasının \”S-400\”sistemlərilə əməkdaşlığa icazə vermədiyini vurğulayıb.
Əgər Türkiyə \”S-400\”ləri alsa, ABŞ-ın necə davranacağını hələ müəyyənləşdirmədiyini deyən Qrant davam edib: \”Əvvəlcə müqavilənin həyata keçirilib-keçirilməyəcəyinə, gələcəkdə bir yerdə necə işləyəcəyiməzə baxacağıq. Amma hal-hazırda bu sistemlərlə əməkdaşlıq etməyəcəyimizi söyləyə bilərəm\”.
İnterpress.az