İnterpress.az istinadla xəbər verir ki, qəbul edilən sənədə əsasən, Birlik Aİ üzvlüyünə namizədlərin dəstəklənməsi proqramı çərçivəsində Türkiyəyə maliyyə yardımını azaltmağı planlaşdırır.
Qeyd olunur ki, Aİ Türkiyəyə ödəniş məbləğini Avropa Komissiyası tərəfindən tərtib olunmuş birinci büdcə layihəsi ilə müqayisədə 105 milyon avro azaldıb. Həmçinin Aİ tərəfindən Türkiyədə hüquqi dövlət prinsiplərinə riayət olunması sahəsində irəliləyiş müşahidə olunmayınca Ankaraya ayrılan daha 70 mln. avronun dondurulması barədə qərar qəbul olunub.
İnterpress.az