İnterpress.az-ın “Trend”ə istinadən xəbərinə görə , hadisə paytaxrın Nəsimi rayonu ərazisində, \”Moskva\” Univermağının yaxınlığındakı binanın qarşısında baş verib. Həmin binanın 8 -ci mərtəbəsinin eyvanından atılan paltaryuyan maşın həyətdə dayanan \”Lexus\” markalı avtomobilin üzərinə düşüb. Nəticədə avtomobil yararsız vəziyyətə düşüb.
Hadisə yerinə Nəsimi rayon Polis İdarəsinin 19-cu polis bölməsinin əməkdaşları gəlib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
İnterpress.az