İnterpress.az xəbər verir ki, səslərin 90 faizinin hesablanmasından sonra sabiq dövlət başçısı Sebastyan Pinyera 36,6%, onun əsas rəqibi, senator Alehandro Qilyer isə 22,6% səs toplayıb.
Ölkə qanunvericiliyinə əsasən prezidentliyə namizəd qələbə üçün birinci turda 50% üstəgəl bir səs toplamalıdır. Seçkilərin ikinci turu dekabrın 17-də keçiriləcək.
Qeyd edək ki, 67 yaşlı Sebastyan Pinyera 2010-2014-cü illərdə Çilinin prezidenti olub.
İnterpress.az