Məmmədyarov Lavrovla görüşdü – YENİLƏNİBbackend

Məmmədyarov Lavrovla görüşdü – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

\”Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanln rolu müzakirə olundu. Danışıqların son nəticələri barədə məlumat verdim\”.

İnterpress.az-ın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, Moskvada intensiv və konkret mövzular ətrafında müzakirələr aparılıb.

\”Lavrova bildirdim ki, məsələnin həllini irəli çəkməyə imkan verən bir sıra yanaşma var. Həmsədrlər də dəfələrlə qeyd ediblər ki, münaqişə zonasında mövcud vəziyyəti heç kəs qəbul etmir. Status kvo qəbuledilməzdir və qeyri-sabitdir\”, – deyə E. Məmmədyarov qeyd edib.

***

İnterpress.az xəbər verir ki, görüş təkbətək və geniş formatda olacaq.

Azərbaycan Xarici İşlər Nazirliyində keçirilən görüşdə iki ölkə arasında əməkdaşlıq, regional məsələlər və Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərinin müzakirə ediləcəyi gözlənilir.

Sonra tərəflər birgə mətbuat konfransı keçirəcəklər.

İnterpress.az