Mütəxəssislər laboratoriya şəraitində kiçik beyin yetişdiriblərbackend

Mütəxəssislər laboratoriya şəraitində kiçik beyin yetişdiriblər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər ilk dəfə neyromelanin istehsal edən sinir hüceyrələri yaratmağa nail olublar. Bundan başqa, yetişdirilmiş minibeyində dofaminerqik neyronlar uğurla fəaliyyət göstərir. Minibeyin kiçik ölçülərə malik olmasına baxmayaraq, eynilə insandakı kimi inkişaf edir, beyin hüceyrələri arasında davamlı əlaqələr yaranır.

Bioloqlar insan beyninin miniatür surətindən bir sıra sınaqlar zamanı meydana çıxan, eləcə də yeni tibbi preparatların yaratdığı əlavə təsirləri də öyrənə biləcəklər.

Qeyd etmək lazımdır ki, minibeynin yaranmasından sonra heyvanlar üzərində təcrübələr aparmağa ehtiyac qalmır.

İnterpress.az